EN

Super Liqa: "Fənərbağça"dan daha bir xal itkisi

Türkiyə Super Liqasında 8-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 4 oyun baş tutub.

“Kasımpaşa” – “Konyaspor” və “Samsunspor” – “Fənərbağça” matçında qalib müəyyənləşməyib. “Karagümrük” evdə “Qaziantep”ə uduzubsa, “Başakşəhər” “Göztəpə”yə səfərdə məğlub olub.

Hazırda 22 xalı olan “Qalatasaray” vahid liderdir. “Trabzonspor”un 17, “Göztəpə” və “Fənərbağça”nın 16, “Qaziantep”in 14, “Beşiktaş” və “Samsunspor”un 13 xalı var.

Türkiyə Super Liqası
8-ci tur

3 oktyabr

Antalyaspor – Rizəspor 2:5
Qollar: S.Dikmen, 13. Kvançara, 89 – Rak-Sakyi, 4; 48. Yureçka, 9. Zeqiri, 86. Mihayla, 90+1.

Trabzonspor – Kayserispor 4:0
Qollar: O.Yokuşlu, 12. F.Auqusto, 53. Zubkov, 56. Onuaçu, 90+5-pen.

4 oktyabr

Gənclərbirliyi – Alanyaspor 2:2
Qollar: Zuzek, 66. Nyanq, 76-pen – Haci, 14. Hvanq, 69.

Kocaelispor – Eyüpspor 1:0
Qol: Petkoviç, 85-pen.

Qalatasaray – Beşiktaş 1:1
Qollar: İ.Gündoğan, 55 – T.Abraham, 12.

5 oktyabr

Kasımpaşa – Konyaspor 1:1
Qollar: Vink, 72 – Muleka, 22.

Karagümrük – Qaziantep 0:2
Qollar: Maksim, 55-pen. Kozlovski, 69.

Göztəpə – Başakşəhər 1:0
Qol: Juan Santos, 43.

Samsunspor – Fənərbağça 0:0

Chosen
88
2
fanat.az

3Sources