EN

Tramp Çikaqoya ordu göndərdi ABŞ da etirazlar böyüyür

Azxeber.com portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp ölkə daxilində immiqrasiya siyasətinə qarşı kütləvi etirazların genişlənməsindən sonra sərt addım atıb.

AZXEBER.COM xəbər verir ki, Tramp İllinoys ştatının Çikaqo şəhərinə 300 nəfərlik Milli Qvardiya qüvvələrinin göndərilməsini təsdiqləyib. Ağ Evdən bildirilib ki, qərarın məqsədi federal əməkdaşların və dövlət əmlakının qorunmasıdır.

Etiraz dalğası təkcə Çikaqo ilə məhdudlaşmayıb. Nyu-York, Ostin və Dal­las şəhərlərində də minlərlə insan ICE – Gömrük və İmmiqrasiya Xidmətinin fəaliyyətinə qarşı küçələrə çıxıb. Trampın qərarı ilə Vaşinqtonda da qoşunlar hərəkətə gətirilib.

Ekspertlər hesab edir ki, bu addım Trampın daxili siyasətdə güclü idarəetmə görüntüsü yaratmaq cəhdi olsa da, əksinə, ölkə boyu siyasi gərginliyi daha da artıracaq.

\Musavat.com 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
3
azxeber.com

10Sources