Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İllinoys ştatının Çikaqo şəhərindəasayişin bərpasına kömək etmək üçün Milli Qvardiyaya 300 əsgərgöndərməyi əmr edib.
Trend-in məlumatına görə, bu barədə Amerika KİV-ləri xəbərverib.
"Pritsker kimi yerli liderlərin dayandırmaqdan imtina etdiyidavam edən iğtişaşlar və qanunsuzluqlar fonunda Prezident Trampfederal məmurları və əmlakı qorumaq üçün 300 Milli Qvardiyaəsgərinə səlahiyyətlər verib", - deyə Ağ Evin mətbuat katibiEbiqeyl Cekson bildirib.