EN

Gürcüstanda bələdiyyə seçkiləri sakit keçib

Gürcüstanda bələdiyyə seçkiləri sakit şəraitdə keçib.

 

Modern.az xəbər verir ki, Gürcüstanda keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilər ümumilikdə sakit və insidentsiz şəraitdə başa çatıb. İlkin nəticələrə görə, ölkənin bir çox regionlarında hakim "Gürcü Arzusu" Partiyasının namizədləri liderlik edir.

 

Şida Kartli bölgəsində, o cümlədən Qoridə seçici fəallığı 40 faiz təşkil edib. İlkin məlumatlara əsasən, "Gürcü Arzusu"nun namizədi Konstantin Buzaladze öndədir.

 

Azərbaycandilli seçicilərin kompakt yaşadığı Marneuli bələdiyyəsində səsvermə prosesi sakit keçib, yalnız beş məntəqədə kiçik prosedur pozuntuları qeydə alınıb.

 

Tsalenjixada 44,75 faiz seçici səsvermədə iştirak edib. "Gürcü Arzusu"nun namizədi Quba Sacaia "Gürcüstan Naminə" partiyasının namizədini böyük fərqlə qabaqlayır.

 

Batumidə ilkin nəticələrə əsasən, "Gürcü Arzusu"nun namizədi Giorgi Tsintsadze 80,55 faiz səslə öndədir. Proporsional siyahı üzrə dörd siyasi subyekt baryeri keçib: "Gürcü Arzusu" (76,8 %), "Qaxariya – Gürcüstan üçün" (7 %), "Lelo" (5,74 %) və "Girçi" (4,23 %).

 

Kaxeti regionunda seçkilər tam sakit şəraitdə başa çatıb. Seçici fəallığı yüksək olub, bütün rayonlarda "Gürcü Arzusu" namizədləri liderlik edir.

 

Kutaisidə isə 49 mindən çox seçici səs verib, "Gürcü Arzusu"nun namizədi Davit Eremeişvili öndədir.

 

Ümumilikdə, ilkin nəticələr Gürcüstanın əksər regionlarında "Gürcü Arzusu" partiyasının üstünlüyünü göstərir.

Chosen
24
50
modern.az

10Sources