EN

Türkiyə Rusiya-Ukrayna münaqişəsində irəliləyişin olacağını istisna etmir

BAKI, 5 oktyabr. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan bir neçə ay ərzində Ukrayna münaqişəsinin həllində irəliləyişin əldə oluna biləcəyini istisna etmir.

Teleqraf xəbər verir ki, o, bu barədə TRT Haber telekanalına açıqlamasında bildirib.

“Görünür, irəliləyiş müəyyən vaxtdan, bir neçə aydan sonra əldə ediləcək”, o deyib.

Fidan qeyd edib ki, Türkiyə Rusiya, Ukrayna və ABŞ ilə danışıqları Alyaskada keçirilən Rusiya-Amerika sammitindən, həmçinin Trampın Vaşinqtonda Volodimir Zelenski və Avropa liderləri ilə görüşündən sonra davam etdirib.

"Alyaska görüşündə son dərəcə vacib məsələlər müzakirə edildi. Rusiya tərəfi atəşkəs şərtlərini Trampa daha aydın şəkildə çatdırdı. Daha sonra Tramp bunu Zelenski və onu müşayiət edən Avropa liderləri ilə müzakirə etdi", - Fidan bildirib.

Onun fikrincə, Ukraynadakı vəziyyətin inkişafı Donetsk vilayətindəki vəziyyətdən asılı olacaq.

"Hər iki tərəfin öz arqumentləri var və onları ortaq məxrəcə gətirmək lazımdır", - türkiyəli nazir bildirib.

Xatırladaq ki, may, iyun və iyul aylarında İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqların üç raundu keçirilib. Türkiyə hakimiyyəti bundan əvvəl Ukrayna ilə bağlı sammitə ev sahibliyi etməyə hazır olduqlarını bəyan etmişdi.

Chosen
38
2
teleqraf.com

5Sources