ain.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ hökumətinin bağlanması ötən həftə qlobal bazarlarda əsas diqqət mərkəzində olub.
Banco.az ötən həftənin əsas gündəm xəbərlərini təqdim edir.
Sentyabrda Türkiyədə inflyasiya proqnozları üstələyibTürkiyə Statistika Qurumunun məlumatlarına görə, sentyabr ayında inflyasiya proqnozlardan yüksək olub. Məlumatlara əsasən aylıq inflyasiya 3,23 faiz təşkil edib. Bu göstəriciyə dair gözlənti isə 2,50 faiz səviyyəsində idi.
“Goldman Sachs”dan qızıl üçün yeni yüksəliş siqnalı“Goldman Sachs” xüsusi investorların marağını əsas gətirərək, qiymətli metalın öz proqnozlarından belə daha yüksək səviyyələrə qalxa biləcəyini bildirib.
Tramp Kuku hələlik vəzifədən uzaqlaşdıra bilməyəcəkABŞ Ali Məhkəməsi Prezident Donald Trampın, ABŞ Mərkəzi Bankının (Fed) İdarə Heyətinin üzvü Liza Kukun işdən çıxarılması tələbi ilə bağlı yanvar ayında keçiriləcək dinləməyə qədər onun vəzifədə qalmasına icazə verib.
ABŞ-da federal hökumət büdcə anlaşmazlığı səbəbindən bağlanıbABŞ-da federal hökumət yeni maliyyə ili başlamazdan əvvəl Konqresin müvəqqəti büdcə layihəsini təsdiqləyə bilməməsi səbəbilə bağlanıb. Demokratlarla büdcə məsələsində razılığa gəlinə bilmədiyi üçün federal hökumət təxminən 7 ildən sonra ilk dəfə bağlanır.
Trampdan yeni tarif addımı
Tramp idxal olunan taxta materiallara 10 faiz, üzlüklü ağac məhsulları və dolablara isə 25 faiz tarif tətbiq edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.