EN

Həmcinslərini Türkiyədə iş vədi ilə fahişəliyə cəlb etmişdi - Doqquz il həbs verildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanlı qadınları aldadaraq Türkiyəyə aparan və orada insan alverinə məruz qoyan Mingəçevir şəhər sakini 35 yaşlı Dəniz Məmmədovaya hökm oxunub.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.
Bildirilib ki, Dəniz Azərbaycanda tanış olduğu 2 gənc xanımı Türkiyədə işləmək vədi ilə qonşu ölkəyə aparıb. Lakin o, təyyarə ilə Türkiyəyə gedən hər iki qadının sənədlərini aldadaraq alıb və onları Çanakkale və Yalova şəhərlərində bir neçə gün məcburi şəkildə fahişəliyə cəlb edib.
Daha sonra həmin qadınlar yaşadıqları yeri tərk edərək Azərbaycana qayıtmağı bacarıblar. Onlar bura gələrək Dənizin əməlləri barədə polisə şikayət ediblər. D.Məmmədova ötən ilin dekabrında hava limanı ərazisində polis tərəfindən saxlanılıb.
Məhkəmənin 29 sentyabr tarixli hökmü ilə Dəniz Məmmədovaya 9 il həbs cəzası verilib.
Chosen
29
oxu.az

1Sources