EN

Sabah İsrail və HƏMAS Misirdə danışıqlara başlayacaq

İsrail və HƏMAS ABŞ-ın vasitəçiliyi ilə sabah Misirdə danışıqlar aparacaq.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail mediası rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail nümayəndə heyətinə Strateji Planlaşdırma naziri Ron Dermer rəhbərlik edəcək.

ABŞ tərəfindən isə görüşdə Prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak edəcək. Ehtimal olunur ki, Prezidentin keçmiş müşaviri Cared Kuşner də danışıqlara qatılsın.

HƏMAS bəyan edib ki, bütün israilli girovları azad etməyə və Qəzza zolağının idarəsini müstəqil bir quruma təhvil verməyə hazırdır, həmçinin vasitəçilər vasitəsilə dərhal danışıqlara başlamağa razıdır.

Danışıqların mövzusu Donald Trampın təklif etdiyi sülh planının həyata keçirilməsi olacaq.

"Cebheinfo.az" 

Chosen
25
10
cebheinfo.az

10Sources