EN

Gürcüstanda seçki günü Tiflisdə kütləvi etiraz aksiyası planlaşdırılır

Bu gün Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilər keçirilir.

Musavat.com xəbər verir ki, ölkənin müxalifət qüvvələri Tiflisdə kütləvi etiraz aksiyası keçirməyə hazırlaşır. Müxalifətin bəyanatına görə, aksiyada “yüz minlərlə Avropa yönümlü gürcü” iştirak edəcək.

Müxalifət hədəf olaraq hakim partiya “Gürcü Arzusu”nu göstərərək, onu “pro-Rusiya” mövqeyinə görə tənqid edir və aksiyanın məqsədini sülh yolu ilə hakimiyyəti dəyişmək olaraq izah edir.

Musavat.com

Chosen
31
17
musavat.com

10Sources