EN

Oktay Şirəliyevin işçisi ondan yazdı – “İşi onun kimi bilən yox idi”

Çox ağır bir xəbər oldu… Keçmiş səhiyyə naziri Oktay Şirəliyev dünyasını dəyişib.
Uzun illər onun rəhbərliyi altında çalışmaq mənim üçün həm məktəb, həm də böyük bir şans idi. Mən bu yaşıma qədər onun qədər ziyalı, onun qədər mədəni, işini bu qədər dərindən bilən və insana bu qədər hörmətlə yanaşan bir rəhbər görməmişəm.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Oktay Şirəliyevin nazir olduğu vaxtlarda Səhiyyə Nazirliyinin mətbuat katibi olan Səfayə Əhmədova bildirib. O qeyd edib ki, O. Şirəliyev çox mədəni və ziyalı biri olub:

“Səhiyyə ilə bağlı müxtəlif fikirlər səsləndirə bilər kimsə, amma o insandan yalnız hörmət, savad və mədəniyyət, səviyyə görmüşəm.

15 il ərzində bir dəfə acıqlanmışdı – o da “qızım” deyə müraciət edərək. Əsəbi anlarında belə təmkinini qoruyardı, çalışardı ki, heç kimin ürəyini sındırmasın. Mən inanmıram ki,kimsə bu işi onun kimi bilərdi.

Bir insan həm yüksək vəzifə sahibi, həm də bu qədər gözəl, humanist, insani keyfiyyətlərə malik ola bilərmi? Mən bunu ilk dəfə Oktay Şirəliyevin timsalında görmüşəm.

Ruhunuz şad, yeriniz cənnət olsun Oktay müəllim”.

Gülşən Rəsul

Chosen
38
1
tribunainfo.az

2Sources