Çox ağır bir xəbər oldu… Keçmiş səhiyyə naziri Oktay Şirəliyev dünyasını dəyişib.
Bu sözləri Oktay Şirəliyevin nazir olduğu vaxtlarda Səhiyyə Nazirliyinin mətbuat katibi olan Səfayə Əhmədova bildirib. O qeyd edib ki, O. Şirəliyev çox mədəni və ziyalı biri olub:
“Səhiyyə ilə bağlı müxtəlif fikirlər səsləndirə bilər kimsə, amma o insandan yalnız hörmət, savad və mədəniyyət, səviyyə görmüşəm.
15 il ərzində bir dəfə acıqlanmışdı – o da “qızım” deyə müraciət edərək. Əsəbi anlarında belə təmkinini qoruyardı, çalışardı ki, heç kimin ürəyini sındırmasın. Mən inanmıram ki,kimsə bu işi onun kimi bilərdi.
Bir insan həm yüksək vəzifə sahibi, həm də bu qədər gözəl, humanist, insani keyfiyyətlərə malik ola bilərmi? Mən bunu ilk dəfə Oktay Şirəliyevin timsalında görmüşəm.
Ruhunuz şad, yeriniz cənnət olsun Oktay müəllim”.