EN

“Real”, “Barselona”, ​​“Arsenal” 16 yaşlı istedad uğrunda mübarizə başladı

“Real”, “Barselona”, ​​“Arsenal” və “Mançester Siti” “Tixuana” klubunun və Meksika millisinin 16 yaşlı yarımmüdafiəçisi Gilberto Mora ilə maraqlanır.

Publika.az xəbər verir ki, “TEAMtalk”a görə, “Real Madrid” və “Barselona” futbolçunu müşahidə etmək üçün Meksikaya skautlar göndərib.

Bu mövsüm Mora bütün turnirlərdə 11 matçda meydana çıxıb, 5 qol vurub və bir məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 4,5 milyon avrodur.

Chosen
20
publika.az

1Sources