EN

Parabadmintonçumuz Avropa çempionatında finala yüksəldi - FOTO

Azərbaycan parabadmintonçusu Zəhra Salmanlı Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında tarix yazmaqda davam edir.

İdman.biz xəbər verir ki, 14 yaşlı Zəhra Azərbaycan badmintonu tarixində ilk dəfə Avropa çempionatında qarışıq qoşa kateqoriyada finala yüksəlib.

SH-6 kateqoriyasında ingiltərəli komanda yoldaşı Krysten Coombs ilə tandem təşkil edən Zəhra yarımfinalda polşalı Daria Bujniçka və şotland Endryu Deyvis qoşasına 2:0 (21-18, 21-10) hesabı ilə qalib gələrək qitə çempionatında finala yüksəlib.

İdman.biz

Chosen
23
7
idman.biz

9Sources