Orta Şərqdə mühüm bir inkişaf baş verib. Həmas, ABŞ Prezidenti Trampın Qəzza Planına baxmayaraq “danışıqlara hazır olduqlarını” bildirərkən, İsrail də planın ilk mərhələsi üçün hazırlıqlara başlandığını açıqlayıb.
Sherg.az "Milliyet.com.tr"-yə istinadən xəbər verir ki, Qəzzaya dair danışıqlarda mərkəzi rol oynayan Qətər, Həmasın “Prezident Trampın planını qəbul etdiyini və planda nəzərdə tutulan dəyişikliklər çərçivəsində bütün girovları azad etməyə hazır olduqlarını” açıqlamasını məmnuniyyətlə qarşılayıb.
Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bəyan edib:
“Prezidentin girovların təhlükəsiz və sürətli şəkildə azad edilməsini asanlaşdırmaq və Qəzza zolağındakı fələstinlilərin qan tökülməsinə son verəcək tez nəticələr əldə etmək üçün dərhal atəşkəs çağırışı etməsini də dəstəkləyirik.”