EN

Oqtay Şirəliyevin dəfn yeri məlum oldu

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Ötən gün vəfat edən Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev Yasamalda “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

“Qafqazinfo” xəbər verir ki, mərhumun cənazəsi Təzə Pir məscidindən götürüləcək.

Qeyd edək ki, O.Şirəliyev 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib. O, 2005-2021-ci illərdə səhiyyə naziri olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
22
qafqazinfo.az

10Sources