EN

Azərbaycan badmintonçuları III MDB Oyunlarında 1/4 finala yüksəldilər

Azərbaycan idmançıları ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarında badminton yarışlarında uğurla çıxış ediblər.

90deqiqe.Az-ın məlumatına görə, milli komandamız 4 kateqoriyada 1/4 final mərhələsinə adlayıb.

Kişilərin fərdi yarışında Əmirxan İmanov tacikistanlı Oqil Qoşimidən 2:0 hesabı ilə üstün olub. Qadınların fərdi mübarizəsində Viktoriya Kumanyayeva Tacikistan təmsilçisi Mohira Karimovanı eyni hesabla məğlub edib.

Qadınların qoşa yarışında Nəzrin Mehrəlizadə və Viktoriya Kumanyayevadan ibarət cütlük tacikistanlı rəqibləri Sumaiyakhon Hasanova və Mohira Karimovanı 2:0 hesabı ilə üstələyib.

Qarışıq qoşa komandaların mübarizəsində isə Fərəc Kərimli və Aysel Kazımova Qazaxıstandan olan Yerassil Akhmet – Amaliya Ormanova duetinə 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.

Chosen
13
90deqiqe.az

1Sources