EN

Rəcəb Tayyib Ərdoğanı təhqir edən məşhur jurnalistin həbs müddəti uzadıldı

İstanbul məhkəməsi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı təhqir və hədələməkdə ittiham olunan jurnalist və televiziya aparıcısı Fatih Altaylının həbs müddətini uzadıb.

Məhkəmə Altaylının azadlığa buraxılması tələbini rədd edərək, noyabrın 26-dək həbsdə saxlayıb. Məhkəmədə jurnalist bildirib ki, 40 illik media fəaliyyəti dövründə heç vaxt heç kimə hədə-qorxu gəlməyib.

Xatırladaq ki, Altaylı yayın ortasında sosial şəbəkələrdə paylaşdığı paylaşımlara görə Ərdoğanı təhdid etməkdə ittiham olunur.

//Samir Qurbanov, Editor.az

Chosen
61
editor.az

1Sources