İstanbul məhkəməsi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı təhqir və hədələməkdə ittiham olunan jurnalist və televiziya aparıcısı Fatih Altaylının həbs müddətini uzadıb.
Məhkəmə Altaylının azadlığa buraxılması tələbini rədd edərək, noyabrın 26-dək həbsdə saxlayıb. Məhkəmədə jurnalist bildirib ki, 40 illik media fəaliyyəti dövründə heç vaxt heç kimə hədə-qorxu gəlməyib.
Xatırladaq ki, Altaylı yayın ortasında sosial şəbəkələrdə paylaşdığı paylaşımlara görə Ərdoğanı təhdid etməkdə ittiham olunur.
//Samir Qurbanov, Editor.az