EN

BOKT sektorunun kredit portfelinin keyfiyyəti pisləşib - Mərkəzi Bank

Bakı. Trend:

Bank olmayan kredit təşkilatı (BOKT) sektorunun kreditportfelinin keyfiyyəti qeyri-işlək kreditlər (QİK) portfelininartımı fonunda pisləşib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankın (AMB) istinadən xəbərverir.

Məlumata əsasən, ötən ilin sonu ilə müqayisədə 2025-ci ilin ilkyarımilində sektorun qeyri-işlək kredit portfeli 14% artaraq 128.8milyon manat təşkil edib. Bildirilib ki, yarımil ərzində QİK əmsalıisə 1.9 faiz bəndi artaraq 15.9% olub. QİK əmsalı artımınışərtləndirən əsas amil istehlak kreditləri olub. Belə ki, QİKportfeli istehlak kreditləri üzrə 5 faiz bəndi artaraq 20.8%,biznes kreditləri üzrə 2.8 f.b azalaraq 9.7% təşkil edib.

Aparılan təhlillərə əsasən, istehlak kreditlərində QİK əmsalınınartımının mütləq əksəriyyəti gündəlik (qısamüddətli) kreditlərhesabına olub. Yenilənmiş prudensial tələblərlə gündəlik kreditlərüzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrəmaksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensialnormativlər müəyyən edilib. Belə ki, prudensial normativlərdəgündəlik kreditlərin yalnız milli valyutada verilməsi, gündəlikfaiz dərəcəsinin ən çox 0.3%, qaytarılma müddətinin maksimum 45gün, borcalana birdəfəlik kreditin maksimal məbləğinin isə 500manat olması müəyyənləşdirilib. Yeni requlyativ tələblər BOKT-lərinməsuliyyətli kreditləşmə təcrübəsini təşviq etməklə yanaşı,istehlakçının ödəmə qabiliyyətinə uyğun borclanmanın təminolunmasına xidmət edəcək. Bu yanaşma əhalinin maliyyə yükünün izafiartmasının qarşısını almaqla sosial risklərin minimumaendirilməsini hədəfləyir. Mərkəzi Bank BOKT sektorunda gedən cariprosesləri, eləcə də dünyada bu sahədə qabaqcıl ölkələrintəcrübələrini diqqətdə saxlamaqla bu istiqamət üzrə təkmilləşdirməfəaliyyətini davam etdirəcək.

Chosen
92
az.trend.az

1Sources