EN

Erməni bloqer Ermənistana ekstradisiya edilməyəcək

Yazını böyüt
Yazını kiçilt

ABŞ-də saxlanılan qalmaqallı bloqer, DOK partiyasının qurucusu və keçmiş sədri Vardan Qukasyan Ermənistana ekstradisiya edilməyəcək.

Hafta.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Bildirilir ki, onun təsisçisi olduğu DOK partiyası bu barədə məhkəmə qərarını açıqlayıb. Bildirilib ki, eyni zamanda, miqrasiya qanunvericiliyini pozduğuna görə bloqer məhkəmənin qərarı ilə ABŞ-ni tərk etməlidir.

Xatırladaq ki, Vardan Qukasyan yazda ABŞ miqrasiya orqanları tərəfindən saxlanılıb, daha sonra isə həbs edilib.

Videobloqer Ermənistan hökuməti və müxalifətinin tanınmış simalarını hədəf alan "ifşa" paylaşımları ilə tanınır. O, Ermənistan hüquq-mühafizə orqanları tərəfindən hədə-qorxu ilə pul tələb etmə və digər cinayətlərlə bağlı bir sıra maddələr üzrə axtarışa verib.

Chosen
31
1
hafta.az

2Sources