EN

Mirnuray Abasova III MDB Oyunlarında bürünc medal qazanıb

Ölkəmizdə keçirilən 3-cü MDB Oyunlarında qılıncoynatmanın şpaqa növündə qızların şəxsi yarışında mübarizəyə start verilib.

Gəncə İdman Sarayında keçirilən yarışda qrup mərhələsini 3 qələbə ilə başa vuran Mirnuray pley-offda Belarus təmsilçisi Aqata Tsarkovanı 15:12 hesabı ilə məğlub edərək ən güclü səkkizliyə yüksəlib. 1/4 finalda rusiyalı Anastasiya İlyuşenkonu 15:13 hesabı ilə mübarizədən kənarlaşdıran Mirnuray Abasova yarımfinala yüksəlməklə bürünc medalı təmin edib. Mirnuray finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Rusiya şpaqaçısı Anastasiya Zabelinaya 14:15 hesabı ilə uduzub.

Təmsilçilərimizdən Əbu-Dabidə 3 medal

Fiziyev Oliveyra ilə döyüşə niyə çıxmadı? - ÖZÜ AÇIQLADI

Fiziyevin yerinə Oliveyra ilə Qamrot döyüşəcək

Azərbaycan kikboksçularından Avropa çempionatında 21 medal

Fiziev üçün şanssızlıq: Oliveyranı əldən buraxa bilər

Chosen
41
6
apasport.az

7Sources