EN

"Spartak" klubunun keçmiş məşqçisi Nikita Simonyan Ukraynanın "Mirotvorets" bazasına daxil edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Moskvanın "Spartak" klubunun keçmiş futbolçusu və məşqçisi, 98 yaşlı Nikita Simonyan Ukraynanın "Mirotvorets" saytının məlumat bazasına daxil edilib.
Oxu.Az-ın "Championat.com" nəşrinə istinadən xəbərinə görə, bu barədə portalda yerləşdirilən məlumatlar göstərir.
Qeyd edilir ki, Nikita Simonyan, həmçinin Rusiya Futbol İttifaqının birinci vitse-prezidenti olub.
Bildirək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.
Chosen
40
1
oxu.az

2Sources