Mediada yayılan məlumatlara görə matçdan sonra klubun prezidenti Ayaz Abdullayev futbolçuları bazadan qovub. Məsələni aydınlaşdırmaq üçün klub rəhbəri ilə əlaqə saxladıq:
“Əsəbləşmişəm. Bu qədər şəraiti olan komandanın Ağdaşda xal itirməsi bütün Quba adına məni çox əsəbləşdirdi. Oyundan sonra demişəm ki, məşqləri iki dəfə artıracağıq, taktiki gedişləri iki dəfə daha çox məşq edəcəyik. Yenidən təlim-məşq toplanışı keçirəcəyik. Bundan razı olmayan, xoşu gəlməyənlərin isə bazanı tərk etməsini tapşırmışam. Bilmirəm komanda olaraq buna nə reaksiya verdilər. İki-üç nəfər bazanı tərk edib. Komandanın 90 faizi yerindədi. Qarşıdakı oyunlara hazırlaşırıq”.
MÜZƏFFƏR QULUZADƏ