EN

Ağdərə rayonunun Suqovuşan və Talış kəndlərinə nə qədər əhali köçürülüb?

Ajans.az xəbər verir ki, bu gün Azərbaycanın hərb tarixində xüsusi önəm daşıyan günlərdən biridir. Məhz bu gün  oktyabrın 3-də, Ağdərə rayonunun Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 5 il ötür. 2020-ci ildə Azərbaycan Ordusunun rəşadəti, şəhidlərimizin canı, qazilərimizin fədakarlığı sayəsində bu kəndlər yenidən üçrəngli bayrağımıza qovuşdu. İşğaldan azad olunduqdan sonra Suqovuşan və Talış kəndlərində genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Qısa zamanda burada müasir infrastruktur yaradıldı, yeni yollar çəkildi, sosial obyektlər tikildi. Bu gün bu torpaqlarda yenidən həyat qaynayır, uşaqlar məktəblərə, gənclər işlərinə, ailələr yeni evlərinə qayıdır. Böyük Qayıdış proqramı çərçivəsində Ağdərə rayonuna ilk köç Talış kəndinə 2023-cü ilin 16 mart tarixində həyata keçirilib. Həmin gün 20 ailə 91 nəfər uzun illər həsrət qaldıqları doğma yurdlarına qovuşublar. Bu gün Talış kəndində yeni məktəb, uşaq bağçası, tibb məntəqəsi, polis sahə məntəqəsi və klub-icma mərkəzi fəaliyyət göstərir. Suqovuşan kəndinə isə ilk köç 2025-ci ilin 18 mart tarixində baş tutub. Ard-arda reallaşan köç mərhələləri nəticəsində yüzlərlə sakin öz evlərinə dönüb. Kənddə hazırda orta məktəb və tibb məntəqəsi fəaliyyət göstərir. Daxili yollar asfaltlanıb, abadlıq işləri həyata keçirilib. Bu gün Suqovuşan və Talış kəndləri Azərbaycanın dirçəliş və qayıdış salnaməsində parlaq bir səhifədir. Burada səslənən hər bir uşaq gülüşü, alovlanan hər bir ocaq illərin nisgilini, həsrətini unudurur. Dövlətin həyata keçirdiyi bərpa proqramları nəticəsində bu kəndlər təkcə yenidən qurulmur, həm də ruhən dirçəlir. Suqovuşan və Talış bu gün Qarabağ zəfərinin, milli qürurumuzun canlı rəmzinə çevrilib. 5 il öncə qələbə ilə azad edilən bu torpaqlarda bu gün həyatın nəfəsi, vətənə sədaqətin və inamın izi duyulur.

Chosen
53
Ajans.az

1Sources