EN

Ukrayna Krıma böyük desant qüvvələri endirə bilərmi? - Şərh

Müvəqqəti olaraq işğal olunmuş Krımın sahillərinə böyük desant qüvvələrinin endirilməsi ehtimalı hazırda çətin görünür...

Poliqon xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, "Reaktiv poçt" təşkilatının təsisçisi Pavlo Narojnı bu barədə Radio NV-nin efirində bildirib.

"SkyNews dəniz desantının mümkünlüyü haqqında yazır. Bu, məni güldürür. Biz hansısa kiçik qrupun desantından danışanda, bu, real görünə bilər. Və bu, bir neçə dəfə baş verib. Onlar dəniz qüllələrinə eniblər, sahilə düşüblər. Amma böyük dəniz desantından danışırıqsa, bu, Krımda şəhəri ələ keçirmək vəzifəsi olacaq", deyə o, bildirib.

Onun fikrincə, bunun üçün böyük desant gəmiləri lazımdır, aviasiyanın dəstəyi ilə on minlərlə qırıcını yerə endirmək mümkün olmalıdır: "Bizim hazırda belə resurslarımız yoxdur".

Bununla belə, Krıma pilotsuz təyyarələr və raketlərlə zərbələr endirmək ehtimalı tamamilə real olaraq qalır. Ekspert əmindir ki, Krım körpüsü dağıdılana qədər prioritet hədəf olaraq qalacaq:

"Lakin bu zərbəni həyata keçirmək çox çətindir. Çünki düşmən Kerç körpüsü yaxınlığında çoxlu sayda hava hücumundan müdafiə vasitələri cəmləyib. Onların orada aerozol sistemləri var ki, bu sistemlərin vəzifəsi havaya nəhəng tüstü buludları, xüsusi aerozol səpməkdir ki, vizual idarəedici pilotsuz təyyarələr işləyə bilməsin".

Poliqon.info

Chosen
34
poliqon.info

1Sources