EN

Rəsmi Ankara: TDT bölgədə və ondan kənarda sabitliyə xidmət edəcək

Türkiyə Xarici İşlər Nazirliyi 3 Oktyabr - Türk Dövlətləri Əməkdaşlığı Gününü və Türk Dövlətləri Təşkilatının (TDT) təsis sənədi olan Naxçıvan Müqaviləsinin imzalanmasının 16-cı ildönümünü təbrik edib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə XİN açıqlama yayıb.ş

Nazirliyin açıqlamasında bu əlamətdar günün qürurla qeyd olunduğu və Türk Dövlətləri Təşkilatının bölgədə və ondan kənarda sülh, rifah və sabitliyə xidmət etməyə davam edəcəyi vurğulanıb.

Chosen
33
apa.az

1Sources