UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunun ən yaxşı qolu seçilib.
QOL.az xəbər verir ki, UEFA rəsmi saytı vasitəsi ilə keçirilən səsvermədə ÇL-də 2-ci turun ən yaxşı qolu nominasiyasına 4 namizəd olub. Namizədlər sırasında "Qarabağ"ın futbolçusu Emmanuel Addainin ötən gün "Kopenhagen"in qapısına vurduğu qol da yer alıb. Addainin rəqibləri isə "Mançester Siti"dən Erlinq Haaland, "Monako"dan Cordan Teze, PSV-dən İsmael Saibari olub.
Səsvermənin nəticəsinə əsasən, Addainin qolu birinci yeri tutub.
Emmanuel Addainin qolunu aşağıdakı videonun 7.40 dəqiqəsindən izləyə bilərsiniz: