EN

"Qarabağ"lının qolu Çempionlar Liqasında 1-ci oldu - Video

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunun ən yaxşı qolu seçilib.

QOL.az xəbər verir ki, UEFA rəsmi saytı vasitəsi ilə keçirilən səsvermədə ÇL-də 2-ci turun ən yaxşı qolu nominasiyasına 4 namizəd olub. Namizədlər sırasında "Qarabağ"ın futbolçusu Emmanuel Addainin ötən gün "Kopenhagen"in qapısına vurduğu qol da yer alıb.  Addainin rəqibləri isə "Mançester Siti"dən Erlinq Haaland, "Monako"dan Cordan Teze, PSV-dən İsmael Saibari olub.

Səsvermənin nəticəsinə əsasən, Addainin qolu birinci yeri tutub.

Emmanuel Addainin qolunu aşağıdakı videonun 7.40 dəqiqəsindən izləyə bilərsiniz: 

Chosen
32
1
teleqraf.com

5Sources