EN

Xarici dil öyrənməyin əyləncəli yolları – Müəllim danışdı

Müasir dövrdə xarici dil öyrənmək üçün ənənəvi dərsliklərdən başqa, müxtəlif alternativ üsullardan da istifadə olunur. İnsanlar gündəlik həyatın bir hissəsi olan musiqidən, həmçinin mobil tətbiqlərdən yararlanaraq öyrənmə prosesinə daha fərqli yanaşa bilərlər.

İngilis dili müəllimi Gülnar Rzayeva Operativ Media-ya açıqlamasında bildirib ki, ingilis dilində mahnılara qulaq asmaq yeni sözləri öyrənmək, düzgün tələffüzə yiyələnmək və danışıq intonasiyasını qavramaq baxımından faydalı ola bilər.

Onun sözlərinə görə, bu zaman “shadowing technique” adlanan metoddan istifadə edilir: dinləyici ana dili ingiliscə olan şəxslərin dediklərini eyni anda təkrar edir və bununla da təbii danışıq nümunələrini müşahidə etmək imkanı qazanır.

O, bildirib ki, dil öyrənmə prosesində tətbiqlərin də rolu az deyil: "Bu baxımdan ən çox istifadə olunan platformalardan biri "Duolingo"dur. Proqram oyun üslubunda qurulduğu üçün monotonluq yaratmır, istifadəçilərə gündəlik tapşırıqlar təqdim edir və mərhələli şəkildə sadədən mürəkkəbə doğru öyrənmə imkanı yaradır. Hər bölmənin sonunda möhkəmləndirici testlər təklif olunur.

Tətbiqin motivasiya sistemi də diqqət çəkir. Burada gündəlik hədəflər, davamlılıq xalları (“streak”), nailiyyət nişanları və müxtəlif mükafatlar mövcuddur. Bundan başqa, "Duolingo" mətnlə yanaşı dinləmə, danışma və yazma bacarıqlarına yönələn tapşırıqlar da təqdim edir".

Ayşən Sadıxzadə

Chosen
66
operativmedia.az

1Sources