EN

“Mançester Siti”də yeni müqavilə

Savinyo klubundan aldığı yeni təklifi müsbət cavablayıb.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti” ilə müqaviləsini yeniləyib.

Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, braziliyalı vingerin yeni sözləşməsinin müddəti 2031-ci ilin iyununa qədərdi. Yaxın günlərdə bununla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, 21 yaşlı futbolçunu “Tottenhem” heyətinə cəlb etmək istəsə də, “şəhərlilər” bu keçidə razı olmayıblar.

Savinyo MS-də 2024-cü ildən çıxış edir. O, bu mövsüm komandanın heyətində 8 matça çıxaraq 2 qol vurub və 1 qolun ötürməsini verib.

Chosen
69
football-plus.az

1Sources