EN

Putin: ABŞ-la münasibətlərin tam bərpası Rusiyanın maraqlarına uyğundur

BAKI, 3 oktyabr. TELEQRAF

Rusiya öz milli maraqlarını rəhbər tutmaqda sərbəstdir və bu maraqlardan biri ABŞ ilə tam formatlı münasibətlərin bərpasıdır.

Teleqraf xəbər verir ki, bunu prezident Vladimir Putin "Valday" beynəlxalq diskussiya klubunun plenar sessiyasında bildirib.

Putin qeyd edib ki, ABŞ administrasiyası öz ölkəsinin maraqlarına uyğun hərəkət edir və o, bu yanaşmanı rasional hesab edib.

“Amma onda, üzr istəyirəm, Rusiya da milli maraqlarına uyğun hərəkət etmək hüququnu saxlayır, bunlardan biri, qeyd edim ki, ABŞ-lə tam formatlı münasibətlərin bərpasıdır”, – deyə Rusiya prezidenti vurğulayıb.

Chosen
15
teleqraf.com

1Sources