EN

“Neftçi” itkisiz irəliləyir

Bu gün Yüksək Liqada III turun oyunlarına start verilib.

90deqiqe.Az-ın məlumatına görə, ilk matçda lider “Neftçi” orta pillələrdə qərarlaşmış “Şuşa”nı qəbul edib. Yeri gəlmişkən, “Şuşa”nın üzvü İlham Əliyev bir gün əvvəl həqiqi hərbi xidmətə yollandığına görə mövsümün sonuna qədər koamndasının oyunlarında iştirak etməyəcək.

Adil İsmayılov da cəzalı olduğuna görə meydana çıxmamışdı. İki oyundan maksimum xal toplayan “Neftçi” seriyanı davam etdirdi. Böyükhesablı qələbə sayəsində “ağ-qaralar” zirvədəki yerini qorudu. Turun ikinci oyunu gözlənildiyi kimi, “Araz-Naxçıvan” üçün məşq xarakterli olub. Son çempion rəqibini böyük hesabla üstələyib. Son oyuna U-19 qolla başlasa da, birinci hissənin son 3 dəqiqəsində qapısında 3 qol gördü. İkinci hissədə də fərqi artıran nominal meydan sahibləri turu 3 xalla başa vurub.

Neftçi İK – Şuşa (7:1) 12:2

2 oktyabr. Olimpik Star. Saat 13:00

Hakimlər: Əli Cəbrayılov, Hidayət Feyzullayev, Vüsal Balaşov

Hakim-inspektor: Azad Hüseynov

Qollar: Nihad İsmayılov, 4:52, Nüsrət Fərzəli, 7:04 (ö/q), Emil Həsənzadə, 8:08, 21:09, 26:25,  İaqo Henrique, 8:51, 17:34, 35:03, 36:33, Allef Maiolli, 9:31, Əjdər Əjdərov, 18:36, Kərim İbrahimov, 39:49 // Sadegh Javiditabar, 7:59, 28:00

Sarı vərəqələr: Lukas Dias Ramos, 28:58, Vladislav Reznov, 23:31 // Sadegh Javiditabar, 38:47

Araz-Naxçıvan – Lənkəran (9:0) 13:2

2 oktyabr. Olimpik Star. Saat 15:00

Hakimlər: Knyaz Əmiraslanov, İmran Məhərrəmov, Anar Fərəcov

Hakim-inspektor: Murad Məmmədov

Qollar: Valerio Giovanny, 3:17, 10:45, Aleks Teyxeyra, 4:13, 13:07, Luicci Longo, 4:39, 7:01, Ülvi Əliyev, 11:11, Mirzə Əmirov, 16:02, Jean Perruzo, 18:46, Alleks Rezende, 29:28, 30:45, Filipinyo, 30:20, Ədalət Ələkbərov, 34:59 (pen.) // Ümid Qəhrəmanov, 29:21, Orxan Qədirov, 38:25

Sarı vərəqələr: Luicci Longo, oyundan sonra // Ümid Qəhrəmanov, 25:50, Qurban Orucov, 26:27, Elmir Xəlilov, oyundan sonra

Qırmızı vərəqə: Ümid Qəhrəmanov, 34:58

Baku Fire – U-19 (3:1) 6:2

2 oktyabr. Olimpik Star. Saat 17:00

Hakimlər: Hikmət Qafarlı, Rza Məmmədov, Elgün Hüseynov

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Kənan Manafov, 17:44, 26:45, Eldar Zeynalov, 18:16, Azər Manafov, 18:22, Rüfət Məmmədli, 27:15, Novruz Kazıxanov, 38:19 // Nicat Əzizli, 4:14, Oqtay Mahmudzadə, 33:57

Sarı vərəqələr:  Fərid Abbasov, 23:17, Əli Həsənzadə, 28:45

 

Chosen
95
90deqiqe.az

1Sources