EN

Yevlax Yun Zavodunun əmlakı özgəninkiləşdiriləcək

Oktyabrın 31-də, saat 11:00-da "Yevlax-Yun" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq müəssisənin yerləşdiyi Yevlax şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında olacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin əmlakının özgəninkiləşdirilməsi və təşkilati məsələlər daxildir.

Xatırladaq ki, "Yevlax-Yun" 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 287 min manatdır.

Chosen
32
3
marja.az

4Sources