Yaponiyalı müdafiəçi Takehiro Tomiyasunun yeni klubu müəyyənləşmək üzrədir.
İdmanxeber.az xəbər verir ki, 26 yaşlı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. O, “Əl-Qadsiya” ilə müqavilə imzalamağa yaxındır.
Qeyd edək ki, təcrübəli müdafiəçi indiyədək “Avispa Fukuoka”, “Sent-Trüden”, “Bolonya” və “Arsenal” kimi klubların formasını geyinib.