EN

Litva Respublikasının Dövlət Vergi Müfəttişliyinin nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) Litva Respublikasının Dövlət Vergi Müfəttişliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüş risklərin təhlili və seçimi sahəsində bilik və təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunub.

Litva Dövlət Vergi Müfəttişliyinin nümayəndələri risklərin təhlili və seçimi sistemi, daxili risk profili və vergi ödəyicilərinin profilləşdirilməsi üzrə təqdimatlar nümayiş etdiriblər. DVX mütəxəssisləri isə e-qaimələrin hazırlanması və təqdim olunması prosesi, ƏDV bəyannamələrinin formalaşdırılması, TaxesBI hesabat aləti, müvafiq sahədə real vaxt rejimində vergi nəzarəti, eləcə də Elektron Hökumət İnformasiya Sistemi kimi innovativ həllər barədə təqdimatlarla çıxış ediblər.

Daha sonra tərəflər süni intellekt əsaslı nəzarət mexanizmləri, nəzarət-kassa aparatlarının süni intellekt vasitəsilə izlənilməsi, ƏDV-nin nağd şəkildə qaytarılması mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, vergi sahəsində şəffaflığın artırılması, ƏDV inzibatçılığı və süni intellektin vergi idarəçiliyində tətbiqi, vergi ödəyicilərinə xidmətlərin təkmilləşdirilməsi və müasir yanaşmaların tətbiqi imkanları da müzakirə olunub.

Chosen
45
vergiler.az

1Sources