EN

Paytaxtın bu avtomobil yolu layihəsi çərçivəsində yerüstü piyada keçidinin tikintisi davam edir (FOTO)

Bakı.Trend:

Pirşağı–Xırdalan–Novxanı–M4 avtomobil yolu layihəsi çərçivəsiçərçivəsində daha bir yerüstü piyada keçidinin inşası davametdirilir.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları DövlətAgentliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların avtomobil yollarını rahat vətəhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstüpiyada keçidinin inşası davam etdirilir. Yeni keçidPirşağı–Xırdalan–Novxanı–M4 avtomobil yolu layihəsi çərçivəsində,yolun 19.5-ci kilometrliyində tikilir. Keçid iki giriş-çıxışdanibarət olub, ümumi uzunluğu 59.8 metr, aşırım hissəsinin eni 4metr, pilləkənlərin isə eni 2 metr olacaq.

Qeyd edilib ki, yol səviyyəsindən 5.5 metr hündürlükdə yerləşənkeçid üstüaçıq dəmir-beton konstruksiya şəklində inşa edilir. Əlavəolaraq, 2 metr enində oval tipli piyada pandusları daquraşdırılacaq ki, bu da keçidin əlçatanlığını artıracaq.

Hazırda keçidin dayaqlarının tikintisi davam edir.

"Yeni keçid, inşa olunduğu ərazidə piyadaların avtomobil yolunurahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək",-əlavəolunub.

Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Məqalədə:
Chosen
122
12
az.trend.az

10Sources