EN

Yeni yerüstü piyada keçidinin inşası davam etdirilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidinin inşası davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, yeni keçid Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsi çərçivəsində, yolun 19.5-ci kilometrində tikilir. Keçid iki giriş-çıxışdan ibarət olub, ümumi uzunluğu 59.8 metr, aşırım hissəsinin eni 4 metr, pilləkənlərin eni 2 metr olacaq.
Yol səviyyəsindən 5.5 metr hündürlükdə yerləşən keçid üstüaçıq dəmir-beton konstruksiya şəklində inşa edilir. Əlavə olaraq, 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq ki, bu da keçidin əlçatanlığını artıracaq.
Hazırda keçidin dayaqlarının tikintisi davam edir.
Yeni keçid inşa olunduğu ərazidə piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Chosen
43
10
oxu.az

10Sources