EN

Biləsuvarda Azərbaycan üçün çox mühüm və unikal bir layihəni reallaşdırırıq - "Masdar" rəsmisi

Biləsuvar. Trend:

445 meqavat gücündə Biləsuvar Günəş Eektrik Stansiyasının (GES)ilk panelinin quraşdırılması layihə üçün çox mühüm birmərhələdir.

Trend-inBiləsuvar rayonuna ezam olunmuş əməkdaşı xəbər verir, bunu “Masdar”şirkətinin baş əməliyyat direktoru Əbdüləziz Alobaidli BiləsuvarGünəş Eektrik Stansiyasında (GES) birinci panelin quraşdırılmasımərasimində bildirib.

"Biz "Masdar" olaraq tərəfdaşımız "SOCAR Green" ilə birlikdə builk panelin quraşdırılmasından böyük qürur duyuruq. Çünki bu,Azərbaycanın enerji sisteminin transformasiyası baxımından çoxəhəmiyyətli bir nailiyyətdir", - o qeyd edib.

"Masdar" rəsmisi Biləsuvar GES layihəsinin reallaşmasındadəstəyi olan qurumlara təşəkkürünü ifadə edib: "Fürsətdən istifadəedərək Azərbaycan hökumətinə, Energetika Nazirliyinə, həmçinin“Azərenerji”yə bizə verdikləri dəstəyə və əməkdaşlığa görətəşəkkürümü bildirirəm. Onların dəstəyi ilə Azərbaycan üçün çoxmühüm və unikal bir layihəni reallaşdırırıq".

Əbdüləziz Alobaidli, sözügedən layihənin təmsil etdiyi şirkətinAzərbaycandakı ilk layihəsi olmadığını xatırladıb və bildirib ki,"Masdar" artıq Qaradağda da bir layihəni uğurla həyata keçirib vəhəmin stansiya iki ildir ki, fəaliyyət göstərir: "Biləsuvar GES isəbizim ikinci layihəmizdir. Bundan əlavə, yaxın illərdə icraedəcəyimiz daha iki layihə üzrə də müqavilə imzalamışıq".

Chosen
79
1
az.trend.az

2Sources