EN

Mançesterdə sinaqoqa HÜCUM: Yaralananlar var - VİDEO

Mançesterdə naməlum şəxs sinaqoqa bıçaqla hücum edərək 4 nəfəri yaralayıb.

Musavat.com xəbər verir ki, bu barədə polisdən bildirilib.

Məlumata görə, hücum edən şəxs hüquq-mühafizə orqanları tərəfindən güllələnib.

Hadisə yerində araşdırmalar davam edir və səlahiyyətlilər sakinləri Crumpsall bölgəsindən uzaq durmağa çağırıb.

BBC-nin məlumatına görə, hücum yəhudilərin ən mühüm günlərindən biri olan Yom Kippurda baş verib.

Bu gün yəhudilər dua edir, oruc tutur və sinaqoqlara gedirlər.

Musavat.com

Chosen
55
musavat.com

1Sources