EN

ChatGPT Developer üçün 500 milyard dollar!

ChatGPT-nin inkişafı ilə məşhur olan Amerika şirkəti OpenAI, onu 500 milyard dollar dəyərində qiymətləndirərək fandreyzinq raundunu uğurla başa vurub.

“İki sahil” xəbər verir ki, bu barədə "finance.yahoo.com" məlumat yayıb.

OpenAI öz payının 6,6 milyard dollarını Thrive Capital, SoftBank Group, Dragoneer Investment Group, Abu Dabinin MGX və T. Rowe Price kimi böyük investisiya fondlarına satıb. Əvvəlki maliyyələşdirmə raundunda OpenAI təxminən 300 milyard dollar dəyərində qiymət almışdı.

500 milyard dollar dəyərində qiymətləndirmə OpenAI-ni dünyanın ən böyük startapı edir və əvvəlki lider İlon Maskın təxminən 400 milyard dollar dəyərində qiymətləndirdiyi SpaceX-i geridə qoyur.

Qiymətləndirməyə görə üçüncü ən böyük startap 220 milyard dollar dəyərində TikTok-un sahibi Çin şirkəti ByteDance-dir.

Chosen
17
ikisahil.az

1Sources