EN

Daha bir qrup müharibə iştirakçısı üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı - FOTOLAR

Vətən müharibəsindən sonrakı dövrdə 13350-dək müharibə iştirakçısı üçün özünüməşğulluq proqramı əsasında kiçik təsərrüfatlar qurulub.

QHT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində daha bir qrup müharibə iştirakçısına seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib.

Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, kişi bərbərxanası və s. fəaliyyət istiqamətləri üzrə kiçik biznes sahələrini yaradıblar.

Onlar göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edib, özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

Qeyd edək ki, Vətən müharibəsindən sonrakı dövrdə 13350-dək, o cümlədən bu il 1000 nəfərə yaxın müharibə iştirakçısı üçün özünüməşğulluq proqramı əsasında kiçik təsərrüfatlar qurulub.

Chosen
86
8
qht.az

10Sources