EN

“Karvan-Yevlax” PFL-i gözləyir, PFL də “Karvan-Yevlax”ı – səbəb nədi?

“Karvan-Yevlax”ın vitse-prezidenti Kənan Kərimov ötən həftə “Football-plus.az”a açıqlamasında PFL-in stadionla bağlı problem kimi gördüyü məsələlərin iki-üç günə həllini tapacağını, PFL isə bunun mümkün olmadığını bildirmişdi. Kənan Kərimov hətta əminliklə 7-ci turdakı ev oyununu Yevlaxda keçirəcəklərinin demişdi. Yenidən Kənan bəylə əlaqə əlaqə saxladıq, vəziyyətin nə yerdə olduğunu öyrəndik:
“Bəli, demişdim ki, Yevlaxda oynayacayıq. Bütün işlərimiz yekunlaşıb. Sadəcə, PFL yenidən baxış keçirməlidi. Onlar nə zaman gələcək, bunu dəqiq bilmirəm. Yəqin ki, yaxın zamanda bu da reallaşar”.
PFL-in Media və marketinq direktoru Sənan Abdullayevdən təftişin nə vaxt olacağını soruşduq:
“Əvvəlcə ot örtüyü FİFA sertifitikatı almalıdı. Təftiş üçüm hər şey tam hazır olmalıdı. Təlimatlarımızı vermişik, bunların sırasında FİFA sertifikatı da daxildi”.
MÜZƏFFƏR QULUZADƏ
Chosen
49
1
football-plus.az

2Sources