EN

Zubir onların nailiyyətini təkrarlayıb

"Qarabağ" klubunun oyunçusu Abdullah Zubir beş məşhur futbolçunun avrokuboklardakı nailiyyətini təkrarlayıb.

“İki sahil” xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi buna Danimarkanın "Kopenhagen" komandasına qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda fərqlənməklə nail olub.

Zubir ardıcıl səkkizinci mövsümdə avrokubokların əsas mərhələsində qol vuran 6 oyunçudan biridir.

İspaniyanın "Real" klubunda çıxış edən Kilian Mbappe, Almaniya təmsilçisi "Bavariya"nın üzvü Harri Keyn, İngiltərənin "Liverpul" kollektivindən Məhəmməd Salah, İtaliya "İnter"indən Lautaro Martines və İspaniyanın "Atletiko" klubundan Antuan Qrizmann da bunu bacarıb.

Qeyd edək ki, "Qarabağ" ötən gün "Kopenhagen"i Tofiq Bəhramov adına Respublika stadionunda 2 cavabsız qolla üstələyib.

Chosen
14
4
ikisahil.az

10Sources