EN

"Bahar" və "Qum-dəniz" yataqlarının yenidən işlənməsi üzrə əməkdaşlıq sənədi imzalanıb


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə SLB şirkəti arasında Xəzər dənizindəki "Bahar" və "Qum-dəniz" yataqlarının yenidən işlənməsini sürətləndirmək üçün tərəfdaşlıq barədə sənəd imzalanıb. SOCAR-ın rəsmi açıqlamasında deyilir ki, tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyənləşdirilməsinə, hərtərəfli rezervuar modelləşdirməsinin işlənib hazırlanmasına və bu yataqlarda Erkən Hasilat Sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur.
Layihə SOCAR-ın neft hasilatını artırmaq və yetkin dəniz aktivlərinin istismar müddətini uzatmaq üzrə uzunmüddətli strategiyasında mühüm rol oynayacaq. Bu təşəbbüs əməliyyat səmərəliliyini və davamlılığı təmin etməklə yanaşı, hasilatı sürətləndirəcək praktik inkişaf ssenarilərini hazırlamaq məqsədi daşıyır. İmzalanma mərasimində çıxış edən SOCAR-ın İşlənmə və Hasilat Əməliyyatları seqmenti üzrə vitse-prezidenti Babək Hüseynov iki qurum arasındakı uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib.

Mətləb

Chosen
16
18
baki-xeber.com

10Sources