EN

Rövşən Nəcəf Suriyaya qaz ixracı barədə danışıb

Bakı. Trend:

Azərbaycan təkcə Avropa üçün yox, daha geniş region üçün əsasenerji tədarükçüsü mövqeyini möhkəmləndirir.

Trend xəbər verirki, bunu SOCAR prezidenti Rövşən Nəcəf Astanada keçirilən KAZENERGYAvrasiya forumunun açılışında etdiyi çıxışda deyib.

“Azərbaycan bu gün təkcə Avropanın enerji təhlükəsizliyinintəmin olunmasında deyil, həm də daha geniş regionda həlledici roloynayır”, - deyə R.Nəcəf bildirib və ölkənin enerji tədarükününsabitliyinə artan töhfəsini vurğulayıb.

O, yeni regional layihələrin həyata keçirilməsində əməkdaşlığagörə Türkiyəyə xüsusi təşəkkürünü ifadə edib:

“Türkiyə ilə birlikdə biz kəskin şəkildə enerji ehtiyacı olanSuriyaya qaz tədarükünə başlaya bildik. Bu gün ölkə inkişaf edir,bərpa olunur, mürəkkəb keçid dövrünü yaşayır və enerji təchizatındayardım onun üçün xüsusi əhəmiyyət daşıyır”.

SOCAR prezidentinin sözlərinə görə, bu əməkdaşlığa Qətərtərəfdaşları da qoşulub:

“Türkiyə və Qətərdən olan tərəfdaşlarımızla birlikdə bu ilinavqustunda Suriyaya qaz ixracına başladıq. Yarım il əvvəl isə bu,planlarımızda yox idi. Amma biz bütün regionun enerjitəhlükəsizliyinin təmin edilməsində daha mühüm rol oynamağahazırıq”.

Perspektivlərdən söz açan Rövşən Nəcəf vurğulayıb ki,Azərbaycanın bütün zəruri resursları olsa da, aydın öhdəliklərlazımdır:

“Bizim kifayət qədər resurslarımız var və lazım olan yeganə şeyalıcılarla uzunmüddətli müqavilələr, həmçinin birgəmaliyyələşdirmədir. Çünki bizim reallaşdırmaq və sərmayə yatırmaqniyyətində olduğumuz digər layihələr də mövcuddur”.

SOCAR rəhbəri həmçinin şirkətin transformasiyası barədə məlumatverib:

“SOCAR bu gün inkişaf edir və tamdəyərli enerji şirkətinəçevrilir. Biz fəaliyyətə neft şirkəti kimi başlamışdıq, daha sonraqaz şirkəti olduq, indi isə artıq neft-qaz və enerjişirkətiyik”.

Məqalədə:
Chosen
57
2
az.trend.az

3Sources