EN

Özbəkistan nümayəndə heyəti üçün növbəti mediatur təşkil olunub (FOTO)

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti üçün QobustanMilli Tarix-Bədii Qoruğuna, Palçıq Vulkanları Turizm Kompleksinə vəSumqayıt Sənaye Parkına mediatur təşkil edilib.

Trend xəbəverir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, mediatur çərçivəsində qonaqlar ilk olaraqQobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət ediblər. Onlara qoruğuntarixi əhəmiyyəti, qədim qayaüstü rəsmlərin xüsusiyyətləri, buradaaparılan arxeoloji tədqiqat işləri barədə məlumat verilib.Xalqımızın qədim mədəniyyətinin bənzərsiz incisi olan Qobustanqoruğunun 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxiledildiyi diqqətə çatdırılıb.

Sonra qonaqlar Palçıq Vulkanları Turizm Kompleksini gəziblər.Burada onlara vulkanların geoloji xüsusiyyətləri, müalicəvi vəturistik potensialı barədə məlumat verilib. Qonaqlara bildirilibki, 12 hektar ərazidə salınmış Kompleksin Turizm İnformasiyaMərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıqvulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəlliklərihaqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanışolmaq mümkündür.

Sumqayıt Sənaye Parkında olan mediatur iştirakçılarına buradafəaliyyət göstərən müəssisələr, tətbiq olunan innovativtexnologiyalar barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki,Sənaye Parkı ölkənin qeyri-neft sektorunun inkişafında, yeni növməhsulların istehsalında və ixrac potensialının artırılmasındamühüm rol oynayır və bu istiqamətdə işlər mütəmadi olaraq davametdirilir.

Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Chosen
128
6
az.trend.az

8Sources