AZ

Özbəkistan nümayəndə heyəti üçün növbəti mediatur təşkil olunub - FOTOLAR

Ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti üçün Qobustan Milli Tarix-Bədii Qoruğuna, Palçıq Vulkanları Turizm Kompleksinə və Sumqayıt Sənaye Parkına mediatur təşkil edilib.

"Cebheinfo.az" xəbə verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Sumqayıt Sənaye Parkında olan mediatur iştirakçılarına burada fəaliyyət göstərən müəssisələr, tətbiq olunan innovativ texnologiyalar barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, Sənaye Parkı ölkənin qeyri-neft sektorunun inkişafında, yeni növ məhsulların istehsalında və ixrac potensialının artırılmasında mühüm rol oynayır və bu istiqamətdə işlər mütəmadi olaraq davam etdirilir. 

"Cebheinfo.az"

Seçilən
117
6
cebheinfo.az

8Mənbələr