EN

İlon Mask planetdə sərvəti $500 milyarda çatan ilk insan oldu

Amerikalı sahibkar, “X” sosial şəbəkəsinin, “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask planetdə sərvəti 500 milyard dollara çatan ilk insan olub.

“Forbes”in məlumatına görə, İlon Mask bu həddi çərşənbə günü keçib. Şərq vaxtı ilə saat 15:30-da (Bakı vaxtı ilə 23:30) onun sərvəti 500 milyard dollar dəyərində qiymətləndirilib.

İlon Mask ilk dəfə 2021-ci ilin sentyabrında “Forbes” tərəfindən planetin ən varlı insanı elan olunmuşdu. O vaxtdan bəri bir neçə dəfə bu statusu itirsə də, sonradan yenidən geri qaytara bilib.

Chosen
48
42
banker.az

10Sources