EN

İtaliya universitetlərindən fələstinli tələbələrə JEST

Yazını böyüt
Yazını kiçilt

İtaliya universitetləri tərəfindən təqaüd verilən daha 40-dək fələstinli tələbə və tədqiqatçı ölkəyə gətirilib.

Hafta.az xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb. Bildirilir ki, ümumilikdə 70 Fələstin sakinini daşıyan iki təyyarə bu gün İtaliyaya gəlib. Onlar Qəzza zolağından olan 39 fələstinli tələbə və tədqiqatçı, eyni zamanda, artıq İtaliyada olan qohumları ilə ailə qovuşmasını istəyən fələstinlilərdir.

Nazirliyin məlumatında qeyd olunub ki, İtaliya universitetlərindən təqaüd alan gənc fələstinlilərin öz ölkələrini tərk edərək İtaliyaya gəlməsinə imkan yaradan layihə “Universitet dəhlizləri” adlanır.

"Bu vaxtadək İtaliya universitetləri Qəzza zolağından olan 150-dən çox fələstinli tələbəyə təqaüd verib”, - nazirlikdən bildirilib.

Chosen
35
3
hafta.az

4Sources