EN

İsrail "Sumud" flotiliyasının 9 gəmisini ələ keçirdi

İsrail hərbçiləri fələstinlilərə humanitar yardımla Qəzza sahillərinə doğru irəliləyən "Sumud" flotiliyasının doqquz gəmisini ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədə beynəlxalq missiyanın məlumat komitəsi açıqlama yayıb.

Qeyd olunub ki, gəmilərə qarşı güc tətbiq edilir, qəsdən toqquşmalar törədilir, su toplarından istifadə edilir və saxlanılan aktivistlərlə qəddar davranılır.

Bundan əvvəl dörd gəminin ələ keçirildiyi və təxminən 70 aktivistin saxlanıldığı barədə məlumat yayılmışdı.

Chosen
33
publika.az

1Sources